Hamiləlik

Hamiləlikdə təhlükə əlamətləri

Qısa cavab

Hamiləlikdə vaginal qanaxma, suyun gəlməsi, şiddətli baş ağrısı və gözlərdə qaralma, üzdə və əllərdə qəfil ödem, qarnın yuxarı hissəsində ağrı, yüksək hərarət, güclü qarın ağrısı və dölün hərəkətlərinin azalması gözləməyə imkan verməyən əlamətlərdir. Belə hallarda mesaj yazıb cavab gözləmək əvəzinə dərhal tibbi yardıma müraciət etmək lazımdır.

2 dəq oxu

Dərhal müraciət tələb edən əlamətlər

  • Vaginal qanaxma (istənilən həftədə)
  • Suyun gəlməsi
  • Şiddətli və keçməyən baş ağrısı, gözlərdə qaralma və ya işıqlanma
  • Üzdə və əllərdə qəfil ödem
  • Qarnın yuxarı hissəsində, sağ qabırğaaltında ağrı, qusma
  • Güclü qarın ağrısı, 37-ci həftədən əvvəl müntəzəm sancılar
  • Dölün hərəkətlərinin azalması və ya dayanması
  • Yüksək hərarət
  • Təngnəfəslik, sinə ağrısı, qıc olmalar, huşun itməsi

Erkən həftələrdə

Ağrı ilə birlikdə qanaxma, birtərəfli kəskin ağrı və başgicəllənmə uşaqlıqdankənar hamiləliyin əlaməti ola bilər.

Şikayət olan kimi qonşulara, qohumlara deyil, həkiminizə deyin. Ən doğrusunu həkiminiz sizə deyəcək.

Dr. Vüsalə Rüstəmova

Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.

Saytda axtarış

Menyu