Dr. Vüsalə Rüstəmova haqqında
Cərrah mama-ginekoloqam. Bakıda, Baku Medical Plaza — Medilux filialı ünvanında çalışıram.
Əsas iş sahələrim hamiləliyin, o cümlədən riskli hamiləliklərin təqibi, təbii doğuş və keysəriyyə, sonsuzluğun müayinə və müalicəsi, qapalı və açıq ginekoloji əməliyyatlardır.
Təhsil
- 2005–2011 Ali tibb təhsili Azərbaycan Tibb Universiteti, "Müalicə işi" fakültəsi
- 2012–2017 Rezidentura — mama-ginekologiya Azərbaycan Tibb Universitetinin II Mama-Ginekologiya kafedrası. Həkim mütəxəssis mama-ginekoloq dərəcəsi.
İş təcrübəsi
- 2012–2014 Həkim-rezident Ş.M.Ələsgərova adına 5 saylı doğum evi
- 2014–2017 Həkim-rezident ATU Tədris Cərrahiyyə Klinikası
- 2016–2020 Praktika Türkiyənin müxtəlif xəstəxanaları
- 2017-ci ildən Cərrah mama-ginekoloq Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanası
- 2017-ci ilin dekabrından Cərrah mama-ginekoloq German Hospital
- Hazırda Cərrah mama-ginekoloq Baku Medical Plaza — Medilux filialı, Kral Hüseyn küçəsi 66B, Bakı
Elmi seminarlar
Aşağıdakı mövzularda elmi seminarlarda məruzəçi olmuşam:
- "Uşaqlıq boynunun xərçəngönü xəstəlikləri" — 2014
- "Adəti düşüklər" — 2015
- "USM-də dölün üz anomaliyaları" — 2016
Konfrans və konqreslər
Peşəkar biliklərimi konfrans və konqreslərdə iştirak etməklə yeniləyirəm:
- XIV Türk-Alman Jinekoloji Konqresi
- "Cərrahi menopauzanın optimal müalicəsi"
- "Endometriozisin müalicəsində müasir yanaşma"
- "Qadınlarda menopauzal dövr"
- Uşaqlıq boynu xəstəliklərinə həsr olunmuş ginekoloji konfrans
Maarifləndirmə fəaliyyəti
- Baku Medical Plaza-nın "Möcüzəyə doğru" analıq məktəbində çıxış etmişəm.
- Analıq məktəbində "Hamiləlikdə orqanizmdə baş verən dəyişikliklər" mövzusunda məruzə etmişəm.
- "Çıxış yolu" televiziya verilişində sonsuzluq mövzusunda qonaq olmuşam.
- Klinikamızda tibb universiteti tələbəsinin praktika keçməsinə rəhbərlik etmişəm.
- Instagram səhifəmdə hamiləlik, doğuş və qadın sağlamlığı mövzularında müntəzəm maarifləndirmə aparıram.
Peşə prinsiplərim
"Həkim otağından çıxan xəstə, hələ dərman qəbul etmədən özünü 50% sağalmış hiss edirsə, bu bir həkimin ən böyük uğurudur."
Vaxt ayırmaq
Şikayəti, tarixçəni və narahatlığı sona qədər dinləmədən diaqnoz qoymuram. Müayinənin ən uzun hissəsi çox vaxt söhbətdir.
Müayinəni yarımçıq buraxmamaq
Ultrasəs vacibdir, lakin uşaqlıq boynundakı və aralıq nahiyəsindəki dəyişiklikləri göstərmir. Ginekoloji baxış və güzgü müayinəsi ayrıca aparılır.
İzah etmək
Qorxu çox vaxt məlumatsızlıqdan yaranır. Nə edəcəyimizi və niyə edəcəyimizi izah edirəm — xüsusən uzun sürən müalicələrdə, harada olduğumuzu bilmək prosesi asanlaşdırır.
Əlaqəli səhifələr
Yenilənib: